Aeroportdakı partlayışın arxasında İŞİD durur? – VİDEO

Aeroportdakı partlayışın arxasında İŞİD durur? – VİDEO

Hücumu üç terrorçu-kamikadze həyata keçirib.

İstanbul aeroportunda baş verən partlayışlara görə məsuliyyəti “İslam dövləti” (İŞİD) terror qruplaşması üzərinə götürüb.

Oxu.Az xəbər verir ki, bu barədə ilkin məlumata istinadən “Reuters” bildirib. 

Bununla yanaşı, İŞİD-in məsuliyyətini təsdiqləyən informasiya yoxdur. Hakimiyyətin versiyasına görə, hücumu üç terrorçu-kamekadze həyata keçirib, bu barədə İstanbulun valisi Vasip Şahin danışıb. 

Türkiyə hakimiyyəti baş verənləri terror aktı elan edib. İlkin məlumata görə, partlayışları terrorçu-kamekadzelər yoxlamadan öncə keçiriblər. Hücumlar beynəlxalq reyslərin və daxili reyslərin gəliş zonasında həyata keçirilib. 

0
20