Binəqədidə yanan binaya görə tutulan sabiq məmur komaya düşdü

Binəqədidə yanan binaya görə tutulan sabiq məmur komaya düşdü

O, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, buna səbəb kimi təqsirləndirilənlərdən biri Qəzənfər Novruzovun məhkəməyə gətirlməməsi göstərilib. 

Onun komada düşdüyü bildirilib.

Prosesin sabah davam etdiriləcəyi açıqlanıb. 

Qeyd edək ki, Qəzənfər Novruzov Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

Ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

0
20