Baş nazir İstanbuldakı partlayışdan son anda qurtuldu

Baş nazir İstanbuldakı partlayışdan son anda qurtuldu

Albaniyanın baş naziri Edi Rama İstanbulda Atatürk Hava limanındakı partlayışdan ən son anda qurtula bilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, partlayışdan bir neçə dəqiqə əvvəl baş nazirin təyyarəsinin hava limanına endiyi məlum olub.

Edi Ramanı mühafizə etmək üçün hava limanında xüsusi əməkdaşlar olub. Onu Türkiyə baş nazirinin qonaqları üçün ayrılmış məkana aparıblar. Baş nazirin sabah Ankaraya gedəcəyi bildirilir.

Baş nazir İstanbula gələndən bir neçə dəqiqə sonra sosial mediadakı hesabında bunları yazıb: “Bu terrorçuların dini, imanı yox, bunların barbarlardan heç bir fərqi yoxdur”.

0
23