İstanbuldakı partlayış Azərbaycan yığmasına problem yaradıb

İstanbuldakı partlayış Azərbaycan yığmasına problem yaradıb

Yığmamızın Slovakiya ilə ilk oyunu sabah keçirilməlidi.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasının finalı öncəsi problemlə üzləşib. 

Oxu.Az apasport.az-a istinadən xəbər verir ki, Voleybol Federasiyasından verilən məlumata görə, bir gün öncə Slovakiyaya yollanan yığmamız hələ bu ölkəyə çatmayıb.

Buna səbəb Atatürk Hava Limanında baş verən terrordu.

Belə ki, Bakıdan Türkiyəyə yollanan komandamız axşam saatlarında İstanbuldan Slovakiyaya yollanmalı idi. Lakin məlum terror millimizin səfərini təxirə salıb.

Terror zamanı komandamız Hava Limanında olmayıb.

Yığmamızın Slovakiya ilə ilk oyunu sabah keçirilməlidi.  

Artıq bu barədə Avropa Voleybol Konfederasiyana məlumat verilib. Hava Limanına yaxın yerdə qalan komandamızın stress keçirməsi və səhərə kimi yatmamağı da beynəlxalq qurumun diqqətinə çatdırılıb.

Əgər millimiz gün ərzində Slovakiyaya yollanmasa, qarşılaşmanın nəzərdə tutulduğu gün üçün təxirə salınması istisna deyil. 

Qeyd edək ki, İstanbul hava limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu-kamikadze özünü partladıb, nəticədə 36 nəfər ölüb, 147 nəfər isə yaralanıb.

0
21