Uçuşu dayandırılan İstanbul-Bakı aviareysi bu gün həyata keçiriləcək

Uçuşu dayandırılan İstanbul-Bakı aviareysi bu gün həyata keçiriləcək

hava limanından Bakıya uçuş yerinə yetirməli olan təyyarə bu gün saat 13:00-da İstanbuldan yola düşəcək”.

APA-Economics” xəbər verir ki, bunu AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.

P.Kəsəmənski əlavə edib ki, bu gün AZAL-a məxsus təyyarə Atatürk hava limanına uçuş həyata keçirib: “08:45-də bizim təyyarə cədvələ uyğun olaraq İstanbul hava limanına uçub, artıqhava limanı öz fəaliyyətini bərpa edib. Cədvələ uyğun həmin təyyarə 13:20-də qayıtmalıdır. Bizim beynəlxalq uçuşlarda problem yalnız Atatürk havalimanı ilə bağlı olub, qalan heç bir aviareysdə problem olmayıb”.

P.Kəsəmənski qeyd edib ki, dünən axşamdan AZAL gücləndirilmiş iş rejiminə keçib.

Qeyd edək ki, dünən Bakı vaxtı ilə saat 23:30-da Azərbaycan Hava Yollarına QSC (AZAL) məxsus təyyarə İstanbul Atatürk Hava Limanından Bakı istiqamətində uçuş yerinə yetirməli idi. Sərnişinlər tamamilə qeydiyyatdan keçsələr də, partlayış baş verdiyindən hava limanında uçuşlar dayandırıldığı üçün AZAL-a məxsus təyyarə də havaya qalxa bilməyib.

0
14