İstanbul partlayışında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır

İstanbul partlayışında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır

Azərbaycanın İstanbuldakı Baş konsulluğuna tapşırıq verilib.

“İstanbulun Atatürk Beynəlxalq Hava Limanında törədilən partlayış nəticəsində ölən və yaralılar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır”.

Bunu Oxu.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. 

Onun sözlərinə görə, hadisə zamanı zərərçəkənlərin arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını Azərbaycanın İstanbuldakı Baş konsulluğu Türkiyənin müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə araşdırır.

Qeyd edək ki, ötən axşam İstanbulun Atatürk hava limanında beynəlxalq uçuşlar terminalında üç terrorçu-kamikadze özünü partladıb. Hadisə zamanı ölənlərin sayı 50 nəfərə çatıb.  

0
10