Atatürk aeroportu işini bərpa etdi

Atatürk aeroportu işini bərpa etdi

Terrorçu-kamikadzelərin hücumuna məruz qalmış İstanbulun Atatürk hava limanı fəaliyyətini bərpa edib.  

APA-nın “Haberturk”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

“Biz hava limanını açdıq, aviadaşımalar bərpa olunub”, - deyə baş nazir bildirib.

Qeyd edək ki, bundan əvvəl Atatürk aeroportunun fəaliyyətinin yerli vaxtla səhər 08.00-dək dayandırılması barədə məlumat yayılmışdı.

Son məlumata görə, üç terrorçu-kamikadzenin hava limanına hücumu nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.

Terror aktının İŞİD terrorçuları tərəfindən törədildiyi ehtimal olunur.

0
15