“Kəpəz” “Daçiya” ilə bacarmadı

“Kəpəz” “Daçiya” ilə bacarmadı

Azərbaycan klubları üçün Avrokubok mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, ilk olaraq Avroliqadakı 3 təmsilçimizdən biri - “Kəpəz” meydana çıxıb.

Avropa Liqasının I təsnifat mərhələsinin ilk qarşılaşmasında qərblilər Moldovanın “Daçiya” klubu ilə oynayıblar.

Şahin Diniyevin yetirmələri matça passiv başlasalar da, tədricən təşəbbüsü ələ ala biliblər. Epizodların birində Ebahın zərbəsi az fərqlə qapıdan aralı keçib. Daha sonra Nicat Qurbanovun cinah ötürməsinə boş vəziyyətdə olan Serjinyo toxuna bilməyib. İlk hissə qolsuz başa çatıb.

İkinci hissədə də bir neçə təhlükə yaradan qərb klubu bu şanslardan da yararlana bilməyincə matç başladığı kimi də başa çatıb - 0:0.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

28 iyun

“Kəpəz” (Azərbaycan) – “Daçiya” (Moldova) - 0:0

Hakimlər: Aleksander Qauzer, Sergey Vassyutin, Alibek Aubakirov, Daniyar Sakhi (hamısı Qazaxıstan)

Bakı, “Dalğa Arena”

0
25