Azərbaycanda ilk dəfə rəngli baramalar yetişdirilir - VİDEO

Azərbaycanda ilk dəfə rəngli baramalar yetişdirilir - VİDEO

Alimlər ilkə imza atıblar.

Azərbaycanda ilk dəfə rəngli baramalar yetişdirilir.

Oxu.Az Region TV-yə istinadən xəbər verir ki, proses Şəki şəhərində həyata keçirilir.

Əvvəllər digər regionlardan bu cür barama sortları gətirilsə də onların mövcud iqlim şəraitinə uyğunlaşmaması baramaçıların işini çətinə salıb. Bu çətinliyin aradan qaldırılması üçün Elmi mərkəzin alimləri rəngli baramanı yerli sortlardan almaqla ilkə imza atıblar.

Hazırda rəngli baramaların sayının artırılması istiqamətində işlər görülür. Sortların çoxaldılması nəzərdə tutulub.

İlk yetişdirilən barama çəhrayı rəngdə olub. Növbəti mərhələlərdə digər rənglərdə də bu xammalın ərsəyə gətirilməsi planlaşdırılıb. 

Belə olan təqdirdə baramalardan sənayedə də istifadə etmək mümkün olacaq. Mütəxəssislərin sözlərinə görə, xüsusilə kələğayı istehsalında rəngli baramalardan geniş şəkildə istifadə etmək olar.

0
21