Çavuşoğlu Lavrovla görüşəcək

Çavuşoğlu Lavrovla görüşəcək

Görüş iyulun 1-nə planlaşdırılıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Soçi şəhərində rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Reuters” Türkiyə prezidentinin nümayəndəsinə istinadən xəbər yayıb.

Qeyd edək ki, bundan əvvəl M.Çavuşoğlunun iyulun 1-də Soçidə keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) XİN rəhbərləri Şurasının toplantısında iştirak edəcəyi barədə məlumat yayılmışdı.  

Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirib ki, hazırda Sergey Lavrovun QDİƏT tədbiri çərçivəsində türkiyəli həmkarı ilə görüşünün mümkünlüyü nəzərdən keçirilir.   

0
15