Misir Türkiyə ilə münasibətlərin bərpası üçün şərtlərini açıqladı

Misir Türkiyə ilə münasibətlərin bərpası üçün şərtlərini açıqladı

Rəsmi Qahirə Ankaranın iki ölkə arasındakı münasibətləri yaxşılaşdırmaq istiqamətindəki səylərini alqışlayıb.

Misir Türkiyə ilə münasibətləri normallaşdırmağa başlamağa hazırdır.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir.
 
Sənədə əsasən, prosesin başlanğıc nöqtəsi kimi Misirin eks-prezidenti Məhəmməd Mursinin hakimiyyətdən kənarlaşdırılmasının legitimliyini tanımaq tələb edilir. 

Misir XİN-in nümayəndəsi rəsmi Ankaranın Qahirə ilə münasibətləri yaxşılaşdırmaq istiqamətindəki səylərini alqışladığını qeyd edib.

“Misir xalqının 2013-cü il iyunun 30-da göstərdiyi iradənin (Məhəmməd Mursinin hakimiyyətdən kənarlaşdırılmasına gətirib çıxaran kütləvi aksiyalar nəzərdə tutulur) və ölkəyə rəhbərliyi öz üzərinə götürmüş iqtidarın legitimliyinin qəbul edilməsi vacibdir. Bu tanınma Türkiyə-Misir münasibətlərinin inkişafı üçün başlanğıc nöqtəsi olacaq”, - deyə bəyanatda vurğulanıb. 

Xatırladaq ki, Türkiyənin baş naziri Binəli Yıldırım Aralıq və Qara dəniz sahillərindəki bütün qonşu ölkələrlə, o cümlədən Misirlə münasibətləri normallaşdırmaq niyyətində olduqlarını bildirib. 

0
15