Xəzər dənizi daha bir can aldı

Xəzər dənizi daha bir can aldı

Mərhumun cəsədi batdığı yerdən 700 metr aralıda aşkarlanıb

Bakıda dənizdə batan şəxsin cəsədi tapılıb.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, 1997-ci il təvəllüdlü Yusifzadə Sahil İsrail oğlu Sabunçu rayonunda dənizdə (“Bilgəh-1” sularda xilasetmə məntəqəsindən, təxminən, 700 metr məsafədə, nəzarət olunmayan ərazidə) boğulub.

S.Yusifzadənin cəsədi Xidmətin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 700 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 19:40-da başa çatıb.

0
25