Azərbaycan dünya çempionatı medallarından məhrum olundu

Azərbaycan dünya çempionatı medallarından məhrum olundu

Yığmamızın üzvləri qadağan olunmuş preparatlardan istifadə ediblər.

Beynəlxalq Ağır Atletika Federasiyası (BAAF) 2015-ci ildə Amerikanın Hyuston şəhərində keçirilmiş dünya çempionatında uğura imza atan, lakin dopinq-testdən keçə bilməyən atletlərinin təkrar testinin nəticələrindən sonra medallardan məhrum edilən idmançıların adlarını açıqlayıb.

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, mükafatlarında məhrum olunan atletlər arasında Azərbaycan yığmasının Valentin Xristov (62 kq) da var. Təmsilçimizin bürünc medalı Kolumbiya idmançısına verilib.

Bundan əlavə, yığmamızın birdən və təkanla müxtəlif hərəkətlərə görə qazandığı medallar da əlindən alınıb. Valentin Xristov iki bürünc, Firidun Quliyev (69 kq) və Elxan Əliquluzadə (77 kq) hərəyə bir kiçik gümüş medaldan məhrum olublar.

Xatırladaq ki, Hyuston keçirilmiş dünya çempionatı ilə bağlı Azərbaycanın 6 atletinin dopinq-testinin təkrar nəticəsi müsbət olub. Onlardan 5 nəfəri, o cümlədən Xristov, Quliyev və Əliquluzadə 8, bir nəfər isə 4 il müddətinə diskvalifikasiya olunub.

0
16