Rusiyada qanunsuz bank fəaliyyəti ilə məşğul olan azərbaycanlı saxlanıldı

Rusiyada qanunsuz bank fəaliyyəti ilə məşğul olan azərbaycanlı saxlanıldı

Onun strukturlarından yüzlərlə milyon rubl keçirildi.

Rusiya DİN-in Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin əməliyyatçıları FTX regionla idarəsinin əməkdaşları ilə birgə Yekaterinburqda kriminal strukturların bankirini yaxalayıblar, bu əslən Azərbaycandan olan Mail Əliyevdir.

Oxu.Az "Kommersant"a istinadən xəbər verir ki, məlumata görə, saxlanılan şəxs "Taqan sırası" bazarından və 4 saylı meyvə-tərəvəz bazasından kriminal strukturlar üçün pulların nağdlaşdırılması ilə məşğul idi.

"İlkin məlumata görə, onun strukturlarından yüzlərlə milyon rubl keçirildi", - Rusiya nəşrinin vəziyyətlə tanış olan həmsöhbəti bildirib. O qeyd edib ki, saxlanılan zaman 4,5 milyon rubl (67 min dollar) pul vəsaiti müsadirə edilib.

Hazırda saxlanılan şəxsə dair qanunsuz bank fəaliyyəti (RF CM 172 m.) faktı üzrə cinayət işinin qaldırılması məsələsi həll edilir.

0
36
Bot