Sabah bu ərazilərdə təbii qaz olmayacaq

Sabah bu ərazilərdə təbii qaz olmayacaq

“Azəriqaz” xəbərdarlıq etdi.

Bakı şəhərinin Xəzər, Sabunçu, həmçinin Sabirabad rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, Azəriqaz İB-nin Təmir Tikinti İdarəsi tərəfində yeni çəkilmiş qaz xətlərinin mövcud xəttə qoşulması, qaz xətlərində aparılacaq təmir işləri və istismarı dayandırılmış qaz xətlərinin şəbəkədan ayrılması ilə əlaqədar sabah-iyunun 29-da saat 09:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Zirə, Binə və Qala qəsəbələrinin, Sabunçu rayonunun Sabunçu və Bakıxanov qəsəbəsinin, Anaşkin adlanan ərazinin, eləcə də Sabirabad rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

0
12