Miri Yusif iki gün konsert verəcək – VİDEO

Miri Yusif iki gün konsert verəcək – VİDEO

Səhnədə sürprizlər olacaq.

Azərbaycan estradasının ulduzu Miri Yusif ənənəvi olaraq bu yay da “Yaşıl Teatr”ın səhnəsində çıxış edəcək.

Oxu.Az xəbər verir ki, müğənni “#2 GÜN” adı altında ikigünlük möhtəşəm konsert vermək niyyətindədir. İfaçı tanınmış mahnıları ilə bərabər yeni hitlərini də təqdim edəcək.

Tamaşaçıları səhnədə Miri Yusifin ulduz qonaqlarla duetləri də gözləyir.

Konsert iyulun 8-i və 9-u saat 20:00-da keçiriləcək. Biletləri şəhərin kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

Konsertin informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyi və 107.7 FM - Avto FM-dir.

0
16