“Avro-2016”-nın dörddə bir finalının bütün iştirakçıları məlum oldu

“Avro-2016”-nın dörddə bir finalının bütün iştirakçıları məlum oldu

“Avro-2016” çempionatının Fransada keçirilən 4/1 finalının bütün iştirakçıları müəyyən edilib.

Bazar ertəsi İslandiya yığması 2:1 hesabı ilə İngiltərə komandasını məğlub edərək turnirin ev sahibi Fransa ilə oynayacaq dörddə bir finalın sonuncu iştirakçısı olub.

Oxu.Az xəbər verir ki, oyun iyulun 3-də Sen-Denidə keçiriləcək.  

Digər dörddəbir finalda Polşa və Portuqaliya yığmaları oynayacaqlar. Oyun iyunun 30-da Marseldə keçiriləcək. 

Bir gün sonra Lilldə Uels və Belçika komandaları görüşəcəklər. İyulun 2-də isə Bordoda yarımfinala vəsiqə qazanmaq üçün Almaniya və İtaliya futbolçuları mübarizə aparacaqlar. 

Yarımfinal matçları 6 və 7 iyul tarixində Lion və Marseldə, final isə iyulun 10-da Sen-Denidə baş tutacaq. 

0
41