Zülfiyyə Xanbabayeva 16 il əvvələ qayıtdı - VİDEO - MÜSAHİBƏ

Zülfiyyə Xanbabayeva 16 il əvvələ qayıtdı - VİDEO - MÜSAHİBƏ

 Xalq artisti Zülfiyyə Xanbabayeva 2011-ci ildə ifa etdiyi “Sən gedən gündən” adlı bəstəni yeni versiyasını oxuyub. Lent.az-ın məlumatına görə, ifaçı yaradıcılığında ən əlamətdar mahnılardan birinə yenidən müraciət etməklə tamaşaçıları 16 il əvvələ - XXI əsrin başlanğıcına qaytarıb. Bəstənin yeni versiyası da dinləyicilər tərəfindən maraqla qarşılanıb.

 Xatırladaq ki, “Sən gedən gündən” adlı bəstə 2001-ci ildə “İlin mahnısı” elan edilib. Rejissor Fuad Əlişovun həmin musiqi parçasına çəkdiyi klip isə “İlin klipi” nominasiyasında “Humay” milli mükafatı ilə təltif olunub.

0
41