Meyvə-tərəvəzi “Sınıq Körpü”dən rüsumsuz keçirmək istədilər

Meyvə-tərəvəzi “Sınıq Körpü”dən rüsumsuz keçirmək istədilər

Aprelin 8-də gömrük rüsumu ödəməkdən imtina edən bir qrup əlil Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda asayişi pozmağa cəhd göstərib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA"-ya verilən məlumata görə, minik avtomobilləri ilə Gürcüstan Respublikasından Azərbaycana kommersiya məqsədi ilə meyvə-tərəvəz gətirən bu şəxslərin avtomobillərinə gömrük baxışı keçirilib. Yoxlama zamanı gömrükçülər hər bir avtomobildə 80-100 kiloqram meyvə-tərəvəz yükünün olduğunu müəyyən edib və minik avtomobillərinin sahiblərinə qanunvericiliyin müvafiq tələbləri barədə məlumat verərək dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarının ödənilməsini tələb ediblər. Ancaq həmin avtomobillərin sürücüləri gömrükçülərin və qanunun tələblərinə məhəl qoymadan kütləvi şəkildə gömrük vergi və rüsumlarını ödəməkdən imtina ediblər. Üstəlik gömrükçülərin dəfələrlə apardıqları izahat işlərinə baxmayaraq həmin şəxslər vəzifə borcunu yerinə yetirən gömrük orqanı əməkdaşlarına qarşı qeyri-etik davranışlar nümayiş etdirməklə asayişi pozmağa çalışıblar.

Asayişi bərpa etmək məqsədilə Tovuz Gömrük İdarəsinin rəhbərliyi əraziyə hüquq-mühafizə orqanlarının nümayəndələrini dəvət edib.

0
33
Bot