Qənimət Zahidin qohumlarına hökm oxundu

Qənimət Zahidin qohumlarına hökm oxundu

Onların hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Rüfət Zahidov və Rövşən Zahidovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosedə hökm oxunub.

Məhkəmənin hökmü ilə Rüfət Zahidov və Rövşən Zahidovun hər biri  6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, Rüfət Zahidov hazırda Fransada mühacirətdə olan "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu, Rövşən Zahidov isə onun əmisi oğludur.

0
27