Donetskdə azərbaycanlı iş adamı öldürüldü

Donetskdə azərbaycanlı iş adamı öldürüldü

Ona işgəncə verilib.

Ukraynanın Donetsk vilayətinin Qorlovka şəhərində naməlum şəxslər azərbaycanlı iş adamını oğurlayaraq öldürüblər.

Oxu.Az xəbər verir ki, Donetsk vilayəti Azərbaycanlılar Konqresindən APA-ya verilən məlumata görə, əslən Azərbaycanın Dəvəçi rayonundan olan, Ukrayna vətəndaşı İlqar Aşurov yaşadığı Qorlovka şəhərində avtomobili ilə birgə naməlum şəxslər tərəfindən oğurlanıb.

Bir neçə gün sonra onun meyiti şəhərdə istifadəyə yararsız zavodların birinin həyətində tapılıb. Meyitin üzərində ağır işgəncə əlamətləri olub. Onun döyülərək öldürüldüyü ehtimal edilir.

İ. Aşurovu öldürən şəxslər xarici markalı avtomobilini və maşındakı külli miqdarda pulu aparıblar.

Qeyd edək ki, Qorlovka şəhəri hazırda separatçı “Donetsk Xalq Respublikası”nın nəzarəti altındadır.

0
18