Moldovanın “Daçiya” klubu Azərbaycan xalqından üzr istədi – MƏTN

Moldovanın “Daçiya” klubu Azərbaycan xalqından üzr istədi – MƏTN

Moldovanın "Daçiya" futbol klubu rəsmi saytında Bakının Mərdəkan qəsəbəsinin erməni adı ilə söylənməsi ilə əlaqədar "Kəpəz" komandası və Azərbaycan xalqından üzr istəyib.

Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, üzrxahlıq mətnində bildirilir ki, “Daçiya” klubu heç  vaxt hansısa təxribat törətmək kimi niyyətində olmayıb: "Biz Bakıya bunun üçün gəlməmişik. İstisna etmirik ki, bizə düzgün informasiya verilməyib. Əlbəttə, biz rəqibimizə və bütün Azərbaycan xalqına hörmətlə yanaşırıq. Ona görə də xoşagəlməz halla əlaqədar üzrxahlığı vacib sayır və ümid edirik ki, bu, ənənəvi dostluq münasibətlərimizə təsir etməyəcək".

Qeyd edək ki, üzrxahlıq mətni klubun prezidenti Adlan Şişxanovun adından da yayılıb.  Mətnin məzmunu belədir:

“Mən Adlan Şişxanov mətbuat xidmətimizin etdiyi bu səhvə görə şəxsən üzr istəyirəm. Bütün Azərbaycan xalqı, azarkeşlər və “Kəpəz” klubu qarşısında da üzrxahlıq ifadə etmək istəyirəm. “Daçiya” klubu heç vaxt siyasi məsələlərə qarışmayıb. Xahiş edirik, bizi bu kobud və gülünc səhvə görə bağışlayasınız. Biz heç vaxt kiminsə hissiyyatı ilə oynamaq istəməzdik”.

Üzrxahlıq mətni ilə yanaşı, klubun saytı Mərdəkan barədə yanlış mətndə düzəliş edib.

Qeyd edək ki, "Kəpəz"lə oyun öncəsi "Daçiya"nın rəsmi saytında "Dalğa Arena"nın Bakıdan 34 km aralıda "erməni adı olan "Makrudyan" qəsəbəsi"ndə yerləşdiyi bildirilib.

0
27