AÇ-2016: Türkiyəli hakim evə göndərildi

AÇ-2016: Türkiyəli hakim evə göndərildi

Türkiyə yığmasından sonra bu ölkəni Avropa çempionatında təmsil edən hakim Cüneyt Çakır da vətənə qayıdıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 40 yaşlı referi turnirlə vidalaşıb.

Son olaraq dünən 1/8 final mərhələsi çərçivəsində keçirilən İspaniya – İtaliya görüşündə ədaləti qoruyan Çakır finala təyinat almağa ən real namizəd sayılırdı. Çünki buna qədər onun bütün matçlardakı idarəçiliyi UEFA tərəfindən yüksək qiymətləndirilmişdi.

Çakırın erkən vidasının səbəblərindən biri kimi də İngiltərə yığmasının turnirlə vidalaşması göstərilir. Belə ki, milli komanda mübarizəni dayandırdığından, bu ölkənin yaxşı formada olan iki hakimi Martin Atkinson və Mark Klattenburqun Fransada qalması qərara alınıb.

Qeyd edək ki, Cüneyt Çakır AÇ-2016-nın qrup mərhələsində Portuqaliya - İslandiya və Belçika - İrlandiya oyunlarını idarə etmişdi.

0
19