Pan Gi Mun: BMT Qarabağdakı vəziyyətdən narahatdır

Pan Gi Mun: BMT Qarabağdakı vəziyyətdən narahatdır

“Təşkilat ATƏT-in münaqişələrin həlli üzrə səylərini dəstəkləyir”.

BMT ATƏT regionunda həlli uzadılmış məsələlərin nizamlanmamasından, o cümlədən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin pozulması hallarından narahatdır.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu barədə BMT baş katibi Pan Gi Munun bu gün Vyanada işinə başlayan ATƏT-in təhlükəsizlik konfransı iştirakçılarına ünvanladığı və Cenevrədə BMT ofisinin baş direktoru Mixael Mollerin oxuduğu məktubda deyilir.

Baş katib müraciətində, həmçinin rəhbərlik etdiyi təşkilatın ATƏT-in münaqişələrin həlli və regiondakı digər vacib məsələlər üzrə səylərini dəstəkləməkdə davam edəcəyini vurğulayıb. 

0
13