50 Cent nəzarət altına alınıb

50 Cent nəzarət altına alınıb

O, 40 min adamın izlədiyi konsertdə nalayiq ifadə işlədib.

Əsl adı Curtis Jackson olan məşhur reper 50 Cent Karib dənizinin şərq hissəsində yerləşən Sent-Kits və Nevis Federasiyasında festivalda çıxış edib.

Oxu.Az xəbər verir ki, o, 40 min adamın izlədiyi konsertdə səhnədə söyüş söydüyü üçün öz komandası ilə birlikdə polis əməkdaşları tərəfindən nəzarət altına alınıb.

Bu haqda xarici mətbuatda xəbərlər öz əksini tapıb.

Təxminən 20 min dollar pul cəzası ödəyən ifaçı sonradan sərbəst buraxılıb.

Qeyd edək ki, Sent-Kits və Nevis Federasiyasında təşkil olunan konsertlərdə söyüş söymək qadağan olunub.

Aytən Sadıqzadə

0
11