Binəli Yıldırım: Rusiya ilə Türkiyəni Azərbaycan barışdırıb

Binəli Yıldırım: Rusiya ilə Türkiyəni Azərbaycan barışdırıb

“Biz dərin minnətdarlığımızı bildiririk”.

Türkiyənin baş naziri Binəli Yıldırım Rusiya ilə münasibətlərin normallaşmasında köməklik etdiyi üçün Azərbaycana minnətdarlığını bildirib.

Bu barədə Oxu.Az “Haberturk”ə istinadən xəbər verir.

“Bu günlərdə Rusiya və Türkiyə münasibətlərində böyük irəliləyişlər olub. İki ölkə arasındakı buz, axır ki əridi. Rusiya və Türkiyə arasındakı münasibətlərin düzəlməsində  Azərbaycan və Qazaxıstan kimi qardaş ölkələrin liderlərinin böyük rolu olub. Biz bu dövlətlərə minnətdarlığımızı bildiririk”, - deyə B.Yıldırım bildirib.

Xatırladaq ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Su-24” hərbi təyyarəsinin pilotunun vurulması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

Türkiyə prezidenti Moskvanı Ankaranın strateji tərəfdaşı adlandırıb və ölkəsinin Rusiya ilə münasibətləri korlamaq istəmədiyini qeyd edib.

0
16