Beyonsun “BET Awards 2016”-dakı möhtəşəm çıxışı – FOTO

Beyonsun “BET Awards 2016”-dakı möhtəşəm çıxışı – FOTO

Müğənni gecədə mükafatlara layiq görülüb.

Los-Ancelesdəki “Microsoft Teatrı”nda musiqi, aktyorluq, idman və digər sahələri əhatə edən “BET Awards 2016” mükafatlandırma mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, açılış mərasimi Beyonsun möhtəşəm performansı ilə başlayıb.

Müğənni gecədə mükafatlara layiq görülüb: “İlin ən yaxşı klipi” (“Formation”) və “Coca-Cola tamaşaçıların seçimi”.

Tədbirin aparcıları Anthony Anderson və Tracee Ellis Ross olub.

Xarici mətbuatda mərasimlə bağlı yer alan xəbərlərdə müğənnilər Kendrik Lamar ilə Beyonsun birlikdə çıxışı isə böyük əks-səda doğurub.

Mükafat alanların siyahısını təqdim edirik:

“Ən yaxşı R&B/Pop ifa edən kişi müğənni” - Bryson Tiller

“Ən yaxşı qrup” - Drake&Future

“Ən yaxşı işbirliyi” - Rihanna və Drake, “Work”

“Ən yaxşı hip-hop ifa edən kişi müğənni” - Drake

“Ən yaxşı hip-hop ifa edən qadın müğənni” - Nicki Minaj

“Ən yaxşı gənc sənətçi” - Bryson Tiller

“Ən yaxşı qadın aktrisa” - Taraji P.Henson

 “Ən yaxşı kişi aktyor” - Michael B.Jordan

“Ən yaxşı film” – “Straight Outta Compton”

“Ən yaxşı qadın idmançı”- Serena Williams

 “Ən yaxşı kişi idmançı” - Stephen Curryun 

Aytən Sadıqzadə

0
19