Argentina prezidenti Messidən komandada qalmasını istədi

Argentina prezidenti Messidən komandada qalmasını istədi

O, tvitinə #NoTeVayasLio (Getmə Leo) heştaqı əlavə edib.

Argentina prezidenti Maurisio Makri ölkə yığmasının hücumçusu Lionel Messiyə şəxsən zəng edərək milli komandanı tərk etməməsini xahiş edib.

Oxu.Az bu barədə “France-Presse” agentliyinə istinadən xəbər verir. 

Ötən bazar günü ABŞ-da keçirilən Amerika kubokunun finalında argentinalılar penalti seriyasında Çili yığmasına 2:4 hesabı ilə məğlub olublar. Messi 11 metrədən zərbəsini yerinə yetirə bilməyib. Oyundan dərhal sonra beşqat “Qızıl top” sahibi öz karyerasının sona çatdığını bildirib. 

“Prezident Messiyə zəng edib, yığmasının oyunu zamanı duyduğu qürur hissindən danışıb və ondan tənqidlərə məhəl qoymamağı xahiş edib”, - dövlət başçısının nümayəndəsi agentliyə bildirib. 

O, tvitinə #NoTeVayasLio (Getmə Leo) heştaqı əlavə edib. Bununla argentinalılar 29 yaşlı məşhur oyunçunun qərarından dönməsini istəyirlər. 

0
28