Diyarbəkirdə güclü partlayış: 8 yaralı

Diyarbəkirdə güclü partlayış: 8 yaralı

Türkiyədə, Diyarbəkirin Dicle mahalında böyük bir partlayış qeydə alınıb.

Lent.az-ın Hüriyyətə istinadən məlumatına görə, PKK terrorçularının təşkil etdiyi bomba yüklü maşının partlaması nəticəsində 2-si polis olmaqla 8 nəfər yaralanıb. Hadisə yerinə təcili tibbi yardımlar sövq edilib.

Partlayış nəticəsində yol kənarındakı ev və iş yerlərində də zərər dəyib.

Polislərdən birinin vəziyyəti ağırdır.

0
13