Göyçayda saxta pul kəsən qrup zərərsizləşdirilib

Göyçayda saxta pul kəsən qrup zərərsizləşdirilib

Onlardan saxta əsginas aşkar edilərək götürülüb.

Azərbaycanda saxta pulların dövriyyəsi ilə məşğul olan qrup zərərsizləşdirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayon ərazisində fəaliyyətə göstərən Ceyhun Mütəllimova məxsus mağazaya 70 manat saxta əsginas verib ərzaq məhsulları alan Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Mövlan Fərhadov, İsmayıllı rayon sakinləri - 1980-ci il təvəllüdlü Təvəkkül İsmayılov, 1963 -cü il təvəllüdlü Eybalı Eybalıyev və 1987-ci il təvəllüdlü Emin Soltanov tutulublar. 

Onların üzərinə baxış keçirilərkən 4 ədəd 100, 3 ədəd 50, 2 ədəd 20, 2 ədəd 10, 1 ədəd 5 və 6 ədəd 1 manatlıq saxta əsginas aşkar edilərək götürülüb.

Habelə Təvəkkül İsmayılovun yaşadığı Gəndov kəndindəki evə baxış zamanı oradan 2 ədəd 100, 10 ədəd 50 və 5 ədəd 20 manatlıq saxta əsginas, çap qurğusu və digər çap avadanlıqları aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

0
20