Elnarə doğuşdan sonrakı ilk işini açıqladı: "Yaxın vaxtlarda..."

Elnarə doğuşdan sonrakı ilk işini açıqladı: "Yaxın vaxtlarda..."

Yaxın günlərdə 4-cü dəfə ana olmağa hazırlaşan müğənni Elnarə Xəlilova bu yay istirahət etməyəcəyini deyib.

Hamilə olmasına baxmayaraq estrada ulduzu yaradıcılığını da davam etdirir. Yeni mahnılar üzərində işləyən müğənni Lent.az-a açıqlamasında gələcək planlarını da açıqlayıb: “Üçüncü oğlum mənə sanki yeni həvəs də gətirib. Mən elə bilirdim ki, bu uşağın ayağı mənə düşərli olacaq (gülür). Bildiyiniz kimi ötən ilin mart ayında TRT-Avazda Türkiyənin məşhur “Enbe” orkestri ilə konsertim oldu. Elə həmin vaxt onlar mənə işbirliyi təklif etdilər. Şəxsən Behzat Gerçeker bir neçə yeni mahnı  təklifi verdi. Sonuncu oxuduğum “Günah benim” mahnısından sonra “Enbe” orkestrindəki musiqiçi dostlardan biri zəng vurdu, ifamı çox bəyəndiklərini, fərqli bir tərz eşitdiklərini dedi. Behzat bəyin tapşırığı ilə bir neçə mahnı yolladı. Düzünü deyim ki, hələ mahnılara baxmamışam. Oğlumu qucağıma alandan sonra ilk işim bu olacaq. Həm də sizə bir eksklüziv xəbərimi də deyim, yaxın vaxtlarda müəllifi özüm olan mahnını təqdim edəcəm”.

0
14