Müğənni Elnarəyə həmkarından İRAD

Müğənni Elnarəyə həmkarından İRAD

Müğənni Lətifə Soyuöz həmkarı Elnarə Xəlilovanı tənqid atəşinə tutub.

Lent.az-ın məlumatına görə, ifaçı “ATV maqazin onlarla” verilişinin “Hit parad” rubrikasında bildirib ki, E.Xəlilova türk dilində “Günah benim” adlı mahnını yaxşı oxuya bilməyib: “Biz  bu gün müğənniləri zövqə görə sıralayırıq. Bu mahnını Elnarəyə uyğun görə bilmədim. Mahnının haqqını verə bilməyib. Onu “Hit parad”dan çıxarıram. Yaxşı ifa etməyib. Elnarənin bir vaxtları var idi ki, möhtəşəm idi. Nədənsə bu müğənnini artıq o ampluada deyil. İndi tamamı ilə başqa insandır. Bu sözləri deyən ilk insan deyiləm. Çoxları bu fikri söyləyib. Əvvəllər Elnarə səhnəyə uyğun idi, yaraşırdı. Bir onu bilmirəm ki, insan bu illər ərzində necə dəyişə bilər?! Əslində Elnarə xanım bu şəkildə gözəl düşüb. Yəni həmişə bu şəkildəki kimi gözəl olsun. Çünki bəzən baxıram ki, yorğun görsənir. Amma istəyərəm  ki, hər zaman baxımlı olsun”.

0
9