Nəsrin Cavadzadə Nyu-Yorkda bikinidə gəzdi – FOTO

Nəsrin Cavadzadə Nyu-Yorkda bikinidə gəzdi – FOTO

Aktrisa paylaşımına görə sərt tənqid olundu.

11 yaşından Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Nyu-Yorka istirahətə yollanıb.

Oxu.Az xəbər verir ki, ABŞ bayrağından ibarət bikini geyinib küçəyə çıxan aktrisa əcnəbi ölkəyə anası ilə birgə gedib.

Anasının çəkdiyi fotoşəkli “Broadway show” şərhi ilə İnstaqram hesabında paylaşan ulduzun izləyiciləri bu paylaşıma görə iki qismə bölünüblər.

Bəzi pərəstişkarları aktrisanın həmin fotosunu bəyəndiyi halda, digərləri Nəsrin Cavadzadənin bir neçə gün əvvəl verdiyi müsahibəsində “kişilər mənə çılpaq şəkillərini göndərir” sözlərini xatırladaq aktrisanı sərt tənqid ediblər.

Aytən Sadıqzadə

0
22