Tovuzda 10 yaşlı oğlan kanalda boğuldu

Tovuzda 10 yaşlı oğlan kanalda boğuldu

Onu xilas etmək mümkün olmayıb.

Tovuz rayonunda uşaq su kanalında boğulub. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, rayonun Aşağı Quşçu kənd sakini, 2006-ci il təvəllüdlü Vahid Vidadi oğlu Quliyev kənd ərazisində olan su kanalına düşüb. 

Sudan çıxarılan azyaşlı dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

0
28