Bakıda qəribə olay: Gəlinlik mağazasına 100 min manatlıq ziyan dəydi – VİDEO

Bakıda qəribə olay: Gəlinlik mağazasına 100 min manatlıq ziyan dəydi – VİDEO

Gənc oğlan gəlinliklərin üstünə qara məhlul töküb.

Naməlum şəxs Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən gəlinlik mağazasına daxil olaraq gəlinlikləri yararsız hala salıb.

Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, mağaza sahibi hadisənin dünən təxminən səhər saat 11 radələrində baş verdiyini bildirib. 

Sahibkar gənc oğlanın obyektə daxil olduğunu görüb. Həmin şəxs bir göz qırpımında gəlinliklərin üstünə qara məhlul töküb və qaçıb.

Təxminən 40-a yaxın gəlin paltarı istifadəyə yararsız vəziyyətə düşüb. Mağaza sahibi deyir ki, həmin paltarlar xaricdən gətirilir və ona 100 min manatdan çox ziyan dəyib.

Hadisənin kim tərəfindən törədildiyi istiqamətində əməliyyat-axtarış tədbirləri görülür. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi baş verən hadisə ilə bağlı araşdırmalara başlayıb. Ətrafdakı kameralar vasitəsilə hadisəni törədən şəxsin görüntüləri əldə edilib.

0
203