Prezident və Maradona Messidən xahiş etdi:“Getmə...”

Prezident və Maradona Messidən xahiş etdi:“Getmə...”

Argentina prezidenti Maurisio Makri Lionel Messiyə zəng edib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, prezident Messidən yığma komandadan getməməyi xahiş edib. “Mən yığmamızın və sənin oyununla qürur duyuram. Tənqidlərə fikir vermə, komandanı tərk etmə”, deyə Marki bildirib.

Məlumata görə, analoji xahişlə Dieqo Maradona da Messiyə müraciət ünvanlayıb. “Sən yığmada qalmalısan. 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatına getməlisən, Argentinanı dünya çempionu etməlisən”.

0
18