Bakıda keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb

Bakıda keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb

607 şagird imtahana gəlməyib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 25-də orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

TQDK-dan Oxu.Az-a bildirilib ki, imtahanda iştirak etmiş hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı, Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənmək olar. 

İmtahanlar Bakıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.

9-cu sinif üzrə məlumatlara əsasən, imtahanda iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib.

11-ci sinif üzrə məlumatlara əsasən, imtahanda iştirakı nəzərdə tutulan 24679 şagirddən 289 nəfəri imtahana gəlməyib.

0
19