Azərbaycanda yeni insan tipləri yaranacaq

Azərbaycanda yeni insan tipləri yaranacaq

Psixoloq deyib ki, indi bir yaşında uşaq belə telefona can atır.

“Azərbaycanda yeni insan tipləri yaranacaq”.

Oxu.Az xəbər verir ki, bunu “Kulis”ə müsahibəsində psixoloq Elnur Rüstəmov deyib. 

O bildirib ki, bu gün insanlar komfort axtarır: 

“Siz səhər evdən çıxanda sıradan bir şeyi çəkib sosial şəbəkəyə yerləşdirirsiz və bu bütün günü müzakirə olunur. Sanki fərqlənmək istəyirsiniz, bunu mən elədim demək istəyirsiniz. Statuslara da baxın, fərqli görünmək, tanınmaq istəyirlər.

Bu əslində təhlükədir. Sadəcə fikirləşirsən ki, bəlkə zaman özü bunu qaydaya qoydu. Amma baxıram ki, bu minvalla getsə, problem yaradacaq. Yaxın zamanda Azərbaycanda yeni insan tipləri yaranacaq. Soyuqqanlı, etinasız. O insan yeni dövrün insanıdır”, - deyə o blidirib. 

Psixoloq deyib ki, indi bir yaşında uşaq belə telefona can atır: 

“Çünki uşaq telefonla oynayanda valideyn rahatdır. Bilir ki, uşaq ona mane olmayacaq. Bax bu komforta qaçmağın bir təzahürüdür”, - deyə psixoloq söyləyib.

0
11