Türkiyə vurulmuş “Su-24” təyyarəsi üçün təzminat ödəməyə razılaşdı

Türkiyə vurulmuş “Su-24” təyyarəsi üçün təzminat ödəməyə razılaşdı

Bu barədə Türkiyənin baş naziri bəyan edib.

Türkiyə Rusiyaya 2015-ci ilin noyabrda türk qırıcıları tərəfindən vurulmuş bombardmançı “Su-24” təyyarəsi üçün təzminat ödəməyə hazırdır.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım TRT telekanalına verdiyi müsahibəsində bildirib. 

Yıldırımın sözlərinə görə, Türkiyə lazım olarsa, təzminat ödəməyə hazırdır. 

Xatırladaq ki, Suriyada hərbi əməliyyatlarda iştirak edən Rusiya bombardmançısı “Su-24” 2015-ci ilin noyabrın 24-də türk qırıcıları tərəfindən vurulub. Heyət katapult etməyi bacarıb, amma pilot Oleq Peşkov yerə enərkən vurulub. Heyətin ikinci üzvünün xilas edilməsi istiqamətində aparılan əməliyyat zamanı Rusiya dəniz piyadası Aleksandr Pozıniç ölüb. 

0
25