Avropa İttifaqı 10 ölkəyədək kiçilə bilər

Avropa İttifaqı 10 ölkəyədək kiçilə bilər

Böyük Britaniyanın ardınca daha bir neçə ölkə Avropa İttifaqını tərk edə bilər.

APA-nın məlumatına görə, bunu “ERR” telekanalına müsahibəsində Estoniyanın sabiq baş naziri, ölkə prezidentliyinə namizəd Siym Kallas bəyan edib.

“Ən bədbin ssenari işə düşsə Avropa İttifaqı 10 ölkəyədək kiçilə bilər. Digər ölkələrə isə Avropa iqtisadi zonasında üzvlük təklif edilə bilər”, deyə S.Kallas bildirib.

İyunun 23-də Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendum keçirilib. Vətəndaşların 52 faizi Böyük Britaniyanın Aİ-dən çıxmasına səs verib.

0
10