İngiltərə millisinin baş məşqçisi istefa verdi

İngiltərə millisinin baş məşqçisi istefa verdi

Futbol üzrə İngiltərə yığmasının baş məşqçisi Roy Xoçson istefa verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə R.Xocson AVRO-2016 çərçivəsində keçirilən İngiltərə-İslandiya oyunundan sonra deyib.

"Müqaviləmin müddəti iki ildən sonra bitir, lakin bügünkü məğlubiyyətdən sonra yalnız istefa verə bilərəm. Komandaya cavan mütəxəssis başçılıq etməlidir”, R.Xocson deyib.

Qeyd edək ki, İngiltərə yığması 1/8  finalda İslandiyaya 1:2 hesabı ilə məğlub olaraq Avropa çempionatını tərk etmək məcburiyyətində qalıb.

0
11