Ərdoğan Putinə məktubdan danışdı

Ərdoğan Putinə məktubdan danışdı

“Rusiya ilə münasibətlərin normallaşmasının hər iki ölkənin xeyrinə olacağına inanıram".

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"Hörmətli Putinə göndərdiyim məktubla ona həm yaşanan hadisədən duyduğumuz üzüntünü ifadə etdim, həm də geniş bir sahədə edə biləcəyimiz regional iş birliyi imkanlarını xatırlatdım. Hər iki ölkənin də zərərinə olan mövcud vəziyyəti geridə buraxaraq əlaqələrimizin sürətlə normallaşacağına inanıram", deyə Ərdoğan bildirib.

0
24