Yəməndə silsilə partlayışlar: 38 ölü

Yəməndə silsilə partlayışlar: 38 ölü

Yəmənin cənubunda törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 38-ə çatıb, azı 24 nəfər yaralanıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadzelər tərəfindən həyata keçirilən partlayışlar əl-Mukalla şəhərində qeydə alınıb.

Partlayışlara görə İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

Ötən gün Yəmənin bir neçə bölgəsində baş verən silahlı toqquşmalar nəticəsində  40 nəfər ölüb.

Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü idən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

0
25