Konte: “ Möhtəşəm qələbə qazandıq”

Konte: “ Möhtəşəm qələbə qazandıq”

“Möhtəşəm bir qələbə qazandıq. Çox çətin bir oyun keçirdik”.

Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya millisinin baş məşqçisi Antonio Konte deyib.

AÇ-2016-nın 1/8 final mərhələsində İspaniya üzərində qələbə qazanan “skuadra azzura”nın çalışdırıcısı 2:0 hesablı qalibiyyəti belə şərh edib: “Oyunçularımı tək-tək təbrik edirəm. Komandamla qürur duyuram. Hamısı oyun planına sona kimi sadiq qaldılar. İndi isə tez bir zamanda dincəlməliyik. Biz bütün dünyaya İtaliya futbolunun sadəcə “katenaçço”dan ibarət olmadığını göstərdik. 1/4 finalda bizi Almaniya kimi rəqib gözləyir. Qalibiyyəti qısa şəkildə qeyd edib, sonrakı matça hazırlanmalıyıq”.

0
19