AÇ-2016: İtaliya ¼ finalda

AÇ-2016: İtaliya ¼ finalda

Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin son oyunları keçirilir.

APA-nın məlumatına görə, günün ilk oyununda İtaliya millisi İspaniya ilə qarşılaşıb.

Matç İtaliya yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, İtaliya Avropa Çempionatının ¼ final mərhələsinə vəsiqə qazanıb.

1/8 final mərhələsinin son oyununda İngiltərə və İslandiya yığmaları üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Avropa çempionatı

1/8 final

27 iyun

İtaliya – İspaniya - 2:0

Qol: Kyellini, 33, Pelle (90+1)

0
21