Ştaynmayer İrəvanda Dağlıq Qarabağ üzrə danışıqlar aparacaq

Ştaynmayer İrəvanda Dağlıq Qarabağ üzrə danışıqlar aparacaq

Nazirin görüşlərində əsas mövzu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi olacaq.

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer 29-30 iyun tarixlərində Ermənistana səfər edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyiməlumat yayıb.

Məlumata görə, Ştaynmayer iyunun 29-u axşam erməni həmkarı Edvard Nalbandyanla danışıqlar aparacaq, Ermənistan prezidenti Serj Sarqsyanla görüşəcək.

Qeyd olunur ki, nazirin görüşlərində əsas mövzu Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun himayəsi altında nizamlanması məsələsi olacaq.

0
21