“Sovetski”də yanğın başlayıb

“Sovetski”də yanğın başlayıb

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

Bakıda “Sovetski” adlanan ərazidə yanğın baş verir.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, Balababa Məcidov küçəsində (keçmiş 2-ci paralel) “Əfsanə” kafesi ilə üzbəüz sökülmüş evin ərazisində yanğın davam edir.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadaları da göndərilib.

0
15