Göyçay sakini intihara cəhd etdi

Göyçay sakini intihara cəhd etdi

Göyçay rayonunda intihara cəhd hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün saat 19:00 radələrində Göyçayın Ləkçiplaq kəndində qeydə alınıb. Kənd sakini 1987-ci il təvəllüdlü Əzizova Ramilə Zamin qızı özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asaraq intihara cəhd edib.

İki uşaq anası Ramilə Əzizovanın həyat yoldaşı hadisədən tez xəbər tutaraq onu son anda ölümdən xilas edib. Huşunu itirən R.Əzizova təcili tibbi yardım stansiyasının avtomobili Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra R.Əzizova koma vəziyyətindən ayılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

0
24
Bot