Qatarla avtomobil toqquşub, 4 uşaq ölüb - ABŞ-da

Qatarla avtomobil toqquşub, 4 uşaq ölüb - ABŞ-da

ABŞ-ın Kolorado ştatında sərnişin qatarı avtomobillə toqquşub.

APA-nın “NBC News”-a istinadən verdiyi məlumata görə, qəza nəticəsində avtomobildə olan 5 nəfər ölüb. Onlardan 4-ü uşaqdır. Avtomobildə olan bir nəfər sağ qalıb.

İlkin versiyaya əsasən, avtomobilin sürücüsü dəmiryol xəttini keçməyə çatdıra bilməyib və qəza baş verib.

Çikaqodan Los-Anceles istiqamətində hərəkət edən qatarda olan 280 sərnişindən heç biri xəsarət almayıb.

0
15