Rusiya vətəndaşları Ağsuda qəzaya düşdülər: Ölən var

Rusiya vətəndaşları Ağsuda qəzaya düşdülər: Ölən var

“Hyundai” markalı avtomobil arxadan traktora çırpılıb.

Ağsu rayonu ərazisində Rusiya vətəndaşına məxsus minik avtomobili qəzaya uğrayıb. 

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə iyunun 27-də gecə saat 00:10 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 172-ci kilometrliyində, Ağsu rayonunun Padar kəndi ərazisində qeydə alınıb.

Rusiya Federasiyasının vətəndaşı 1991-ci il təvəllüdlü Pavlov Dmitriy Alekseyeviçin idarə etdiyi “SO73BH150” Rusiya dövlət nömrə nişanlı “Hyundai” markalı minik avtomobli yüksək sürətlə hərəkətdə olarkən Ağsu sakini Mehman Cavadova məxsus traktora arxa tərəfdən çırpılıb. Zərbənin təsirindən “Hyundai” yolun əks istiqamətində hərəkət edən “99-DP-421” dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinə çırpılıb.   

Hadisə zamanı “Hyundai” avtomobilinin sürücüsü Pavlov Dmitriy Alekseyeviç, eləcə də sərnişini 1991-ci il təvəllüdlü Blinski Andrey Vladimirov, “Mercedes” in sürücüsü, Göyçay sakini 1966-cı il təvəllüdlü İntiqam Bəşirov ağır bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

“Hyundai” avtomobilindəki digər sərnişin 1992-ci il təvəllüdlü Lıkçina Aleksandra Viktorovna aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.    

0
16